25 Avqust 2022, 02:16
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub. Matc.az xəbər verir ki, son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb), Danimarkanın "Kopenhagen" və Şotlandiyanın "Reyncers" klubları qrupa vəsiqə əldə ediblər.
UEFA çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub. Matc.az xəbər verir ki, son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb), Danimarkanın "Kopenhagen" və Şotlandiyanın "Reyncers" klubları qrupa vəsiqə əldə ediblər.
Qrup mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq. Onlardan 26-sı UEFA reytinqində daha yüksək göstəriciyə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar. Qalan 6-sı isə isə təsnifat mərhələsini uğurla adlayan kollektivlərdir.
çempionlar Liqasında qrup mərhələsinin püşkü bu gün Türkiyənin İstanbul şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Cari mövsümdə çL-in qrup mərhələsində bu komandalar çıxış edəcəklər:
1-ci səbət
Real (İspaniya)
Ayntraxt (Almaniya)
Mançester Siti (İngiltərə)
Milan (İtaliya)
Bayern (Almaniya)
PSJ (Fransa)
Portu (Portuqaliya)
Ayaks (Niderland)
2-ci səbət
Liverpul (İngiltərə)
çelsi (İngiltərə)
Barselona (İspaniya)
Yuventus (İtaliya)
Atletiko (Madrid, İspaniya)
Sevilya (İspaniya)
Leypsiq (Almaniya)
Tottenhem (İngiltərə)
3-cü səbət
Borussiya (Dortmund, Almaniya)
Zalsburq (Avstriya)
Şaxtyor (Donetsk, Ukrayna)
İnter (İtaliya)
Napoli (İtaliya)
Benfika (Portuqaliya)
Sportinq (Portuqaliya)
Bayer (Almaniya)
4-cü səbət
Reyncers (Şotlandiya)
Dinamo (Zaqreb, Xorvatiya)
Olimpik (Marsel, Fransa)
Kopenhagen (Danimarka)
Brügge (Belçika)
Seltik (Şotlandiya)
Viktoriya (Plzen, çexiya)
Makkabi (Hayfa, İsrail)