"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA çempionlar Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis, bu mövsüm çempionlar Liqasının əvvəlki kimi olmayacağını deyib:
 
"Bu mövsüm çempionlar Liqası əvvəlki kimi olmayacaq, çünki bütün oyunları iki ay ərzində keçirmək lazımdır. ötən mövsüm "Santyaqo Bernabeu"da "Şerif"lə matç ən asan görünsə də, "Real" uduzdu. "Leypsiq" və "Seltik"lə görüşlər asan olmayacaq. Rəqiblərin "Real"a hörmət etdiyi kimi biz də onlara hörmət etməliyik".
 
Ançelotti avqustun 25-də UEFA tərəfindən ilin məşqçisi seçilib.
 
"Kral klubu"nun F qrupundakı rəqibləri "Leypsiq", "Şaxtyor" (Donetsk) və "Seltik" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest