Sabah UEFA çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında yer alan komandalar mübarizə aparacaq.  
 
Həmyerlimiz Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su "çelsi"ni qonaq edəcək. Gecənin ən maraqlı qarşılaşması Fransada  - PSJ və "Yuventus" arasında olacaq. Ertəsi gün A, B, C və D qruplatının görüşləri keçiriləcək. "Qarabağ"ı pley-off mərhələsində mübarizədən kənarlaşdıran "Viktoriya" "Barselona" ilə üz-üzə gələcək.
 

UEFA çempionlar Liqası
Qrup mərhələsi
1-ci tur
6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "çelsi" (İngiltərə)
23:00. "Zalsburq" (Avstriya) – "Milan" (İtaliya)

F qrupu
23:00. "Leypsiq" (Almaniya) – "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) – "Real" (İspaniya)

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) – "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) – "Mançester Siti" (İngiltərə)

H qrupu
23:00. PSJ (Fransa) – "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) – "Makkabi" (Hayfa, İsrail)

7 sentyabr
A qrupu

20:45. "Ayaks" (Niderland) – "Reyncers" (Şotlandiya)
23:00. "Napoli" (İtaliya) – "Liverpul" (İngiltərə)

B qrupu
23:00. "Atletiko" (İspaniya) – "Portu" (Portuqaliya)
23:00. "Brügge" (Belçika) – "Bayer" (Almaniya)

C qrupu
23:00. "Barselona" (İspaniya) – "Viktoriya" (Plzen, çexiya)
23:00. "İnter" (İtaliya) – "Bavariya" (Almaniya)

D qrupu
20:45. "Ayntraxt" (Almaniya) – "Sportinq" (Portuqaliya)
23:00. "Tottenhem" (İngiltərə) – "Olimpik" (Marsel, Fransa)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest