UEFA çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, rəmzi heyətə İngiltərənin "Mançester Siti" klubundan 2 futbolçu düşüb.

Digər 9 komanda isə hərəyə 1 oyunçu ilə təmsil olunub.

Qapıçı: Dominik Livakoviç ("Dinamo", Zaqreb, Xorvatiya);

Müdafiəçilər: Joao Kanselo, Ruben Dias (hər ikisi "Mançester Siti", İngiltərə), Alexandro Qrimaldo ("Benfika"), Lubade Abakar Silla ("Brügge", Belçika);

Yarımmüdafiəçilər: Markus Edvards ("Sportinq", Portuqaliya), Pyotr Zelinski ("Napoli", İtaliya), Məhəmməd Kudus ("Ayaks", Niderland);

Hücumçular: Robert Levandovski ("Barselona", İspaniya), Leroy Sane ("Bavariya", Almaniya), Maryan Şved ("Şaxtyor", Donetsk, Ukrayna).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest