Polşa millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu seçilib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasındakı səsvermədə 34 yaşlı hücumçu bütün rəqiblərini üstələyib.
 
O, çexiyanın "Viktoriya" komandasına qarşı matçda het-trik edib.
 
Levandovski səsvermədə sabiq komandası "Bayern"dən (Almaniya) Leroy Saneni, Fransa PSJ-sindən Kilian Mbappeni və İtaliya "Napoli"sindəki həmyerlisi Pyotr Zelinskini qabaqlayıb.
 
Levandovskinin het-trik etdiyi matçda "Barselona", "Qarabağ"ı çempionlar Liqasından uzaqlaşdırmış "Viktoriya"nı 5:1 hesabı ilə darmadağın edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest