15 Sentyabr 2022, 11:27
ÇEMPİONLAR LİQASI
Fransanın PSJ komandasının argentinalı hücumçusu Lionel Messi çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, o, buna turnirin qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan İsrailin "Makkabi" (Hayfa) komandası ilə oyunda qol vurmaqla nail olub.
Qarşılaşma Hayfadakı (İsrail) "Semmi Ofer" stadionunda baş tutub. "Qızıl top" mükafatının yeddi qat qalibi İsrail klubu ilə görüşdə 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Beləliklə, futbolçu çempionlar Liqasında 39 komandaya qol vuraraq turnir rekorduna imza atıb.
Bu oyundan əvvəl Lionel Messi və portuqaliyalı hücumçu Kristiano Ronaldonun qol vurduğu 38 komanda var idi. Hazırda "Mançester Yunayted"də forma geyinən portuqaliyalı futbolçu çempionlar Liqasının cari mövsümündə çıxış etmir.
Messi həm də çempionlar Liqasında ardıcıl 18 mövsüm qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.
çempionlar Liqası tarixində ən çox qol vurmuş futbolçu isə hələ də Kristiano Ronaldodur. Onun hesabında 140 qol var. İkinci pillədə qərarlaşmış Messi, ötən gün vurduğu qolla bu sayı 126-ya çatdırıb. Onun bombardirlər yarışında Ronaldoya çatıb-çatmayacağı maraq doğurur.