15 Sentyabr 2022, 12:08
ÇEMPİONLAR LİQASI
İspaniyanın "Real" komandasının baş məşqçisi Karlo Ançelotti UEFA çempionlar Liqasında 100-cü qələbəsini qazanıb. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis buna Almaniya "Leypsiq"ini 2:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin 2-ci tur oyununda nail olub.
Ançelotti bu göstəricidə yalnız İngiltərənin "Mançester Yunayted" komandasının sabiq baş məşqçisi Aleks Ferqyusondan geri qalır. Şotlandiyalı keçmiş mütəxəssis qitənin bir nömrəli klub turnirində 102 qələbə əldə edib.
Karlo Ançelotti karyerası ərzində İtaliyanın "Yuventus", "Milan", "Napoli", İngiltərənin "çelsi", Fransanın PSJ və Almaniyanın "Bayern" komandalarına da rəhbərlik edib.