PSJ-nin hücumçusu Kilian Mbappe çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "Makkabi" (Hayfa) ilə matçında (3:1) bir qol vurub. Matc.az xəbər verir ki, Mbappe çempionlar Liqasında ardıcıl 6 matçda qol vuran ilk fransalı futbolçu olub. 23 yaşlı hücumçunun hesabında bu oyunlarda 8 qol var.
 
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 8 matçda 10 qol vurub.
 
Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
 
çempionlar Liqasının qrup mərhələsinin 2 turundan sonra PSJ 6 xal toplayaraq, H qrupunda turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest