03 Noyabr 2022, 17:27
ÇEMPİONLAR LİQASI
İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Riko Luis UEFA çempionlar Liqasının tarixinə düşüb. Matc.az xəbər verir ki, ingiltərəli oyunçu buna çL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində "Sevilya"ya (İspaniya) 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
52-ci dəqiqədə "şəhərlilər"in ilk qoluna imza atan sağ cinah müdafiəçisi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçuya çevrilib. Luis 17 yaş 346-cı günündə bunu bacarıb.
Əvvəlki rekord hazırda İspaniyanın "Real" klubunda çıxış edən Kərim Benzemaya məxsusdur. Təcrübəli forvard 2005-ci ildə Lion "Olimpik"ində (Fransa) çıxış edən vaxt 17 yaş 352-ci günündə Norveç "Rusenborq"u ilə qarşılaşmada qol vurub.