"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 13-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 13-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib
 
"çox asan qollar buraxdıq, belə olmamalı idi. Boşluqlar təkcə müdafiədə deyil. Bütün komandanın səhvindən qol buraxdıq. Topu necə saxlamalı olduğumuzu bilmir, sürətli oynamırdıq. Ona görə rəqib qol imkanları yaratdı".
 
O, Aqil Məmmədovun xəstə olduğu üçün meydana çıxmadığını söyləyib: "Bu oyundan öncə yerli futbolçuları itirmişdik. Risk etmək istəmədik. Rəhman Hacıyevi nəzərdə tuturam. üç həftə zədəli olduqdan sonra cəmi 2-3 məşq etmişdi. Bu üzdən ilk dəqiqələrdən onu meydana buraxmadım. Belə problemlərimiz var. Onlarla mübarizə aparırıq. Amma bu cür oynamağımızın səbəbi bu deyil. Rza Cəfərov pis oynamadı. İlk qolda bəxtsizlik oldu. İkincidə isə heç nə edə bilməzdi. Komandaya inam verirdi. Belə davam etsə, yaxşı qapıçı olacaq".
 
47 yaşlı mütəxəssis "Sumqayıt"dakı həmkarı Samir Abasovla arasındakı qalmaqala da toxunub: "İki baş məşqçi arasında olan şeylərdir. Şərh vermək istəmirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest