06 Noyabr 2022, 11:11
MPL
"Kəpəz"in yarımmüdafiəçisi Nicat Süleymanov Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyundan öncə fikirlərini bölüşüb
"Kəpəz"in yarımmüdafiəçisi Nicat Süleymanov Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
"Bizi həddindən artıq çətin oyun gözləyir. Bunun fərqindəyik. Layiqli şəkildə mübarizə aparmağa çalışacağıq. çempionatda asan görüş yoxdur. Bütün qarşılaşmalar gərgin keçir. "Qarabağ" qarşısında nə gücümüz varsa, ortaya qoymağa çalışacağıq. Hamı rəqibin gücünə bələddir. Bununla belə meydana xal qazanmaq üçün çıxacağıq.
Komandamızda hər şey yaxşıdır. "Səbail" üzərində qazandığımız qələbədən sonra əhval-ruhiyyəmiz daha da artıb. Gəncədəki oyunu unudub qarşıdakı matça köklənmişik.
Meydana çıxıb-çıxmayacağım baş məşqçinin qərarından asılıdır. Onun qərarına hörmətlə yanaşıram. Kimin oynamasından asılı olmayaraq, əsas olan komandanın nəticəsidir. Meydanda mənə nə qədər şans düşsə, istifadə edib etimadı doğrultmağa çalışacağam.
Sağ və sol cinahda oynamaq mənim üçün ilk dəfə deyil. Bu mövqelərdə özümü yad hiss etmirəm. Milli komandalarda dəfələrlə cinahlarda oynamışam, özümü pis də göstərməmişəm. Əsas yerim yarımmüdafiənin mərkəzidir. Baş məşqçi hansı mövqedə güvənsə, orada da çıxış edə bilərəm".