"Neftçi"dən ayrılandan bəri klubsuz olan Fəhmin Muradbəylinin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçisi Birinci Divizion təmsilçisi "Araz Naxcıvan"la anlaşıb.

"Neftçi"dən ayrılandan bəri klubsuz olan Fəhmin Muradbəylinin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçisi Birinci Divizion təmsilçisi "Araz Naxcıvan"la anlaşıb.
 
Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu yeni klubu ilə mövsümün sonuna qədər müqavilə baglayıb.
 
"Neftçi"nin yetirməsi olan Fəhmin Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Şamaxı"da keçirib. Muradbəyli Azərbaycanın U-21 yığmasının da sabiq üzvüdür.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest