“Neftçi” məşhur klubdu, Azərbaycanın ən güclüsüdü. Onların bizim klublarla oyunları yadımdadı. Məncə, bu, Bojoviç üçün yaxşı variantdı”. Matc.az xəbər verir ki, bunu Moskva “Lokomotiv”inin sabiq prezidenti Nikolay Naumov deyib.

O, Rusiya klubunun sabiq çalışdırıcısı Miodraq Bojoviçin “Neftçi”nin baş məşqçi postuna təyinatını dəyərləndirib:

“Onun təyinatının “Neftçi” üçün yaxşı olub-olmaması ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Əvvəlki klublarının hamısında işləri qaydasında gedib, sonra vəziyyət dəyişib. Bu üzdən “Neftçi”yə böyük köməyinin dəyəcəyinə inanmıram. Yenə də məşhur məşqçidi. Fikrimcə, Azərbaycanda ondan güclü məşqçi yoxdu. Orada yaxşı komanda quracağını birmənalı demək mümkün deyil. Mənə elə gəlir ki, 1-2 ildən sonra Rusiya klublarında yaşadığı aqibətlə üzləşəcək”.

Qeyd edək ki, Miodraq Bojoviç “Neftçi” ilə 1.5 illik (1 il+ 6 ay) müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest