25 Dekabr 2023, 14:21
FUTBOL
“Kəpəz”in qış təlim-məşq toplanışına başlayacağı tarix müəyyənləşib. Matc.az xəbər verir ki, komanda artıq istirahətə buraxılıb.
Məşqçilər korpusu futbolçulara 10 günlük istirahət imkanı verib. Komandanın bəzi əcnəbi oyunçuları bu müddəti öz ölkələrində keçirəcəklər. Mövsümün ikinci yarısına hazırlıq yanvarın 4-də başlayacaq. Kollektiv həmin gün Gəncədə bir araya gələcək.
Qeyd edək ki, “Kəpəz” hazırda 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.