İsveçli mütəxəssis Miodraq Bojoviçi baş məşqçi təyin edərkən təcrübə amilinə üstünlkük verdiklərini bildirib: “Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdi. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq".

“İndiki məqamda "Neftçi"yə ən uyğun baş məşqçi olaraq məhz Bojoviçi gördük”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin idman direktoru Yens Andersson deyib.

İsveçli mütəxəssis Miodraq Bojoviçi baş məşqçi təyin edərkən təcrübə amilinə üstünlkük verdiklərini bildirib: “Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdi. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, “Neftçi”yə uyğun baş məşqçidi”.

Ounn fikrincə, hazırkı heyətə ən uyğun çalışdırıcı Bojoviçdi: “Neftçi”də əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdi. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest