25 Dekabr 2023, 14:49
FUTBOL
“Araz-Naxçıvan”ın qış təlim-məşq toplanışı iki hissədən ibarət olacaq. Matc.az xəbər verir ki, komanda əvvəlcə Bakıda, sonra Qəbələdə hazırlıq keçəcək.
Azər Bağırov ilk olaraq yanvarın 5-də kollektivi bir araya gətirəcək. Ayın 10-da “Zirə” ilə yoxlama görüşü keçiriləcək. Komanda iki gün sonra isə Qəbələyə yollanacaq.
Yanvarın 15-də Qəbələdə daha bir sınaq matçı keçiriləcək. Rəqib elita təmsilçilərindən biri olacaq. Həmin qarşılaşmanın ardından kollektiv Bakıya qayıdacaq.
“Araz-Naxçıvan” yanvarın 18-dən Premyer Liqanın XIX turunda “Qarabağ”la keçiriləcək oyuna matça hazırlaşacaq.