İngiltərə millisi tarixinin ən yaxşı məşqçiləri müəyyənləşib. Matc.az “FourFourTwo” nəşrinə istinadən məlumatına görə, 15 mütəxəssisdən ibarət siyahı tərtib edilib.
Milli tarixinin ən yaxşı çalışdırıcısı indiyə qədər komandaya yeganə dünya çempionluğunu qazandıran Alf Remsi tutur. Komanda onun dönəmində 1966-cı ildə mundialın qalibi olub.
1. Alf Remsi (1963-1974)
2. Qaret Sauthqeyt (2016-dan indiyədək)
3. Bobbi Robson (1982-1990)
4. Terri Venables (1994-1996)
5. Sven-Yoran Eriksson (2001-2006)
6. Valter Vinterbottom (1946-1962)
7. Ron Qrinvud (1977-1982)
8. Qlenn Hoddl (1996-1999)
9. Roy Hocson (2012-2016)
10. Don Revi (1974-1977)
11. Fabio Kapello (2008-2012)
12. Kevin Kiqan (1999-2000)
13. Sem Ellardays (2016)
14. Qraham Taylor (1990-1993)
15. Stiv Maklaren (2006-2007)