Stefano Pioli “Milan”ın baş məşqçisi vəzifəsindən qovula bilər. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin yeni ilə işsiz girməsi real görünür.

Bu, A seriyasının XVIII turunda “Sassuolo” ilə keçiriləcək oyunun nəticəsindən asılı olacaq. Dekabrın 30-da baş tutacaq görüşdə “rossonyerlər” qalib gələ bilməsə, rəhbərlik Pioli ilə vidalaşmağı planlaşdırır.

Klub bu posta ilk namizədini də artıq müəyyənləşdirib. 2024-cü ilin əvvəlindən “Milan”ı çalışdırmağa ən real namizəd Antonio Konte göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest