26 Dekabr 2023, 09:38
FUTBOL
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan qərarını verib. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü “qırmızı şeytanlar”dan ayrılacaq.
30 yaşlı oyunçu Premyer Liqa təmsilçisindəki oyun sayından narazı olduğu üçün bu addımı atır. O, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Hazırda adıçəkilən ölkənin bir neçə klubu ilə danışıq aparır.
Qeyd edək ki, Rafael Varan bu mövsüm 14 oyun keçirib, 1 qol vurub.