“Real” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün lazımi sənədləri hazırlamağa başlayıb. Bu barədə ispaniyalı insayder Ramon Alvares de Mont paylaşım edib. “Kral klubu” Fransa millisinin üzvü ilə gələn həftə - yanvarın əvvəlində əlaqə saxlayacaq.

“Real” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün lazımi sənədləri hazırlamağa başlayıb. Matc.az xəbər verir ki, bu barədə ispaniyalı insayder Ramon Alvares de Mont paylaşım edib.

“Kral klubu” Fransa millisinin üzvü ilə gələn həftə - yanvarın əvvəlində əlaqə saxlayacaq. Mbappenin parislilərlə hazırkı müqaviləsi mövsümün sonuna qədərdi. Sözləşmənin sonuna 6 ay qalmış oyunçular danışıq apara bilərlər.

Mbappenin İspaniya nəhənginə keçidi məsələsində gələn həftənin həlledici olacağı qeyd edilir. Klub prezidenti Florentino Peres də ona zəng etməyi planlaşdırır.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest