Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, qurum “Mançester Siti”nin hücumçusu Erlinq Halandı bu ada layiq görüb.

Norveçli forvard 208 səs toplayaraq ilin ən yaxşısı seçilib. O, “şəhərlilər”in heyətində bu il mümkün bütün titullara yiyələnib.

İkinci yerdə PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. İlk “üçlüy”ü isə Lionel Messi qapayıb.

1. Erlinq Haland (Norveç / “Mançester Siti”) – 208 xal

2. Kilian Mbappe (Fransa / PSJ) - 105

3. Lionel Messi (Argentina / PSJ, “İnter Mayami”) - 85

4. Rodri (İspaniya / “Mançester Siti”) - 55

5. Cud Bellinqem (İngiltərə / “Borussiya”, “Real”) - 34

6. Kevin de Bruyne (Belçika / “Mançester Siti”) - 27

7. Harri Keyn (İngiltərə / “Tottenham”, “Bavariya”) - 18

8. Bernardo Silva (Portuqaliya / “Mançester Siti”) - 9

9. Vinisius Junior (Braziliya / “Real”) - 8

10. Lautaro Martines (Argentina / “İnter”) - 7

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest