“Sabah”ın qış hazırlıq proqramı müəyyənləşib. Bakı klubu da təlim-məşq toplanışını Türkiyədə keçəcək. Paytaxt təmsilçisi bu məqsədlə yanvarın 4-də Antalyaya yollanacaq. Murad Musayev ayın 15-dək orada futbolçularını mövsümün ikinci yarısına hazırlaşdıracaq.
“Sabah”ın qış hazırlıq proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, Bakı klubu da təlim-məşq toplanışını Türkiyədə keçəcək.
Paytaxt təmsilçisi bu məqsədlə yanvarın 4-də Antalyaya yollanacaq. Murad Musayev ayın 15-dək orada futbolçularını mövsümün ikinci yarısına hazırlaşdıracaq. Komanda “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq.
Toplanış zamanı 2 yoxlama görüşünün təşkili planlaşdırılır. Lakin rəqiblər hələ bəlli deyil.
Qeyd edək ki, “Sabah” 18 turdan sonra 22 xalla Premyer Liqada 8-ci pillədə qərarlaşır.