Rusiyalı qolkiper “Match TV”yə açıqlamasında Avropa Liqasının qrup mərhələsində ən çox seyv edən üçüncü qapıçı olmasına münasibət bildirib. O, bunun vacib statistika olduğunu düşünmür: “Düzdü, belə siyahıya düşmək xoşdu. Ancaq mənim üçün çox şey ifadə etmir".
“Mənim üçün komandanın nəticəsi hər şeydən önəmlidi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Anrey Lunyov deyib.
Rusiyalı qolkiper “Match TV”yə açıqlamasında Avropa Liqasının qrup mərhələsində ən çox seyv edən üçüncü qapıçı olmasına münasibət bildirib. O, bunun vacib statistika olduğunu düşünmür: “Düzdü, belə siyahıya düşmək xoşdu. Ancaq mənim üçün çox şey ifadə etmir. Mən yalnız işimi görməyə çalışıram. Bu üzdən heç bir super nailiyyət yoxdu”.
Qeyd edək ki, Andrey Lunyov qrup mərhələsində keçirilən 6 oyunda 23 qurtarışla yadda qalıb.