“Şkupi”nin yarımmüdafiəçisi Kueven karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın “sportsport.mk” saytı məlumat yayıb.

Bildirilir ki, braziliyalı futbolçu “Neftçi”nin maraq dairəsindədi. “Şkupi”nin ən yaxşı futbolçusu sayılan 25 yaşlı orta sahə oyunçusu “ağ-qaralar”a azad agent kimi keçə bilər. Çünki “sambaçı”nın klubu ilə müqaviləsi dekabrın 31-də başa çatacaq və o, yeni sözləşmə bağlamayacaq.

Qeyd edək ki, Kuevenin transfer qiyməti 400 min avro ilə dəyərləndirlir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest