26 Dekabr 2023, 17:10
FUTBOL
“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubunu tərk edə bilər. Matc.az xəbər verir ki, bir neçə klub onun xidmətində maraqlıdı.
Xüsusən də, İngiltərə klubları 28 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır. Almaniya millisinin üzvü uğrunda konkret olaraq “Mançester Yunayted”, “Mançester Siti” və “Liverpul” klubları mübarizə aparırlar.
Onun gedişi reallaşarsa, “Bavariya” “Real Sosyedad”ın üzvü Martin Subimendi ilə bu boşluğu doldura bilər.
Qeyd edək ki, Coşua Kimmix 2015-ci ildən “Bavariya”da oynayır.