"Zenit"in keçmiş idman direktoru Xavyer Ribalta "Selta Viqo"da Luis Kamposu əvəzləyəcək. 

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Xatırladaq ki, ispaniyalının “Spartak”ın idman direktoru postuna namizədlərdən biri olduğu daha əvvəl mətbuatda yer almışdı. Lakin “qırmızı-ağlar” ötən həftə bu posta “Benfika”nın keçmiş baş skautu Tomas Amaralın təyin olunduğunu açıqlamışdı.

Qeyd edək ki, Ribalta 2018-ci ilin iyulundan 2021-ci ilin aprelinə qədər “Zenit”də çalışıb. Onun rəhbərliyi altında Sankt-Peterburq klubu iki çempionluq titulunu qazandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest