"Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı driblinq edəni olub.

Matc.az xəbər verir ki, turnirin mətbuat xidmətindən verilən məlumata görə, gürcü futbolçu 46 uğurlu driblinq edib. Bu göstəricidə ikinci yerdə rəqibini 44 işdə üstələmiş PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. İlk üçlüyü “Milan”ın hücumçusu Rafael Leau tamamlayıb. Qrup mərhələsində Kvaratsxeliya altı oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest