"San Paulo"nun yarımmüdafiəçisi Xames Rodriqes Qətərdə yaşadığı təcrübədən danışıb. 

Matc.az xəbər verir ki, oyunçu “Əl-Rayan”da çıxış edib. Futbolçu açıqlamasında deyib: "Qətərdə həyat və mədəniyyət çox çətindir. Yaxın Şərqə uyğunlaşmaq mənim üçün çox çətin idi. Bilirsən ki, futboldan sonra hamı çılpaq duş alır, amma Qətərdə komanda yoldaşlarım mənə: "Sən bunu edə bilməzsən" dedi. Yumşaq desəm, qorxdum. Orada hamı əli ilə yemək yeyir, bu da mənim üçün çətin idi. Uşaqlar yeməklərini mənimlə bölüşdülər və mən “yox, təşəkkür edirəm” dedim. Mən bıçaq istədim, onlar mənə dedilər: “Yox, sənin əllərin lazımdır”. Bundan sonra mən onlara cavab verdim: “Dəlisən, mən əllərimlə yeməyəcəm".

Qeyd edək ki, 22 sentyabr 2021-ci ildə Xames Rodriqez İngiltərənin "Everton" klubundan 8 milyon avroya "Əl-Rayan"a keçib Qətər klubunda yarımmüdafiəçi 16 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. 2022-ci ilin sentyabrında azad agent kimi Yunanıstanın "Olimpiakos" klubuna keçib. Bu ilin aprelindən Rodriqes Braziliyada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest