Superliqa rəhbərliyi UEFA-nın Avropa İttifaqı Məhkəməsinə müraciətinə Super Liqanın FİFA və UEFA-ya qarşı iddiası ilə bağlı press-relizdə dəyişiklik edilməsi tələbi ilə cavab verib.
Matc.az xəbər verir ki, Superliqa rəhbərliyi açıqlamasında deyib: "UEFA ədalətə qulaq asmır. Bu təşkilat onun monopoliyasının sona çatdığını və imtiyazlarının artıq Avropada yeri olmadığını başa düşmür. Ədalət bunu çox açıq şəkildə ortaya qoydu və indi bu fakt şübhə doğurmur. UEFA artıq təhdid edə bilməz. Alternativ yarışları təşviq etmək istəyən klublara qarşı sanksiyalar tətbiq edir. İndi isə UEFA klublara və təəccüblü odur ki, hətta Aİ məhkəməsinə təzyiq göstərməkdə davam edir”.
Qeyd edək ki, bu iş üzrə Aİ Məhkəməsinin iclası dekabrın 21-də baş tutub. Məhkəmə UEFA və FİFA-nın futbol turnirlərinin keçirilməsi monopoliyasını qanunsuz elan edib. İndi klublar oynamaq istədikləri turniri seçməkdə sərbəstdir. Təşkilatçıların fikrincə, ilk Superliqa 2024-cü ilin yayında və ya 2025-ci ilin yayında başlamalıdır.