28 Dekabr 2023, 18:55
FUTBOL
Qapıçı Dieqo Lopez karyerasını bitirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, Lopez 2013-cü ildə "Sevilya"dan "Real"a keçib və Joze Mourinyonun rəhbərliyi altında İker Kasilyası əvəzləyib. Klubun tərkibində qapıçı 2013-2014 mövsümündə Çempionlar Liqasının qalibi olub. Lopez karyerası ərzində "Milan", "Vilyarreal", "Espanyol" və "Rayo Valyekano"da da çıxış edib.
Qapıçı 2009-cu ildə İspaniya millisində bir oyun keçirib. İspaniyalı qolkiper 42 yaşında futboldan getməyə qərar verib.