28 Dekabr 2023, 19:40
FUTBOL
“Betis" hücumameyilli yarımmüdafiəçi İsko ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 31 yaşlı futbolçu ötən yay azad agent kimi "Betis"ə keçib. Bu mövsüm o, 23 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Karyerasının böyük hissəsini 5 dəfə Çempionlar Liqasının qalibi olduğu, 3 dəfə İspaniya çempionu olduğu İsko "Real"da keçirib.