Kamerun millisinin məşqçilər korpusu "Bavariya"nın hücumçusu Erik-Maksim Çoupo-Motinqi Afrika Millətlər Kuboku üçün heyətə daxil etməyib .

Matc.az xəbər verir ki, 34 yaşlı Münhen hücumçusu, cümə axşamı dərc olunan 27 oyunçudan ibarət siyahısında yoxdur. CAN 2024 Kot-d'İvuarda yanvarın 13-dən fevralın 11-dək keçiriləcək. Kamerunlular C qrupunda Seneqal, Qvineya və Qambiya ilə mübarizə aparacaq.

Qeyd edək ki, Çoupo-Motinq 2023-2024 mövsümündə "Bavariya"nın heyətində 19 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest