“Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 32 yaşlı futbolçu ilə "Rubin" və "Rostov" maraqlanır. Rusiya millisinin keçmiş qapıçısının Ağdam klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir. Futbolçuya rəsmi təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə Lunyov “Qarabağ”ın heyətində 15 oyun keçirib və 14 qol buraxıb “Transfermarkt” onun dəyərini 1 milyon avro qiymətləndirir. RPL-də qapıçı əvvəllər "Ufa" və "Zenit"də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest