Dekabrın 28-də Malayziyanın Kuala-Lumpur şəhərində AFC Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Matc.az xəbər verir ki, Kristiano Ronaldo ilə “Əl-Nəsr” Səudiyyə Ərəbistanının “Əl-Faiha” klubu, Benzema ilə “Əl-İttihad” “Navbahor”, “Əl-Hilal” isə Malkomla “Sepahan”la qarşılaşacaq.
Qərb :
"Nasaf" (Özbəkistan) - "Əl-Ayn" (BƏƏ)
"Əl-Faiha" (Səudiyyə Ərəbistanı) - "Əl-Nasr" (Səudiyyə Ərəbistanı)
"Sepahan" (İran) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)
" Navbahor” (Özbəkistan) – “Əl-İttihad” (Səudiyyə Ərəbistanı)
Şərq :
Jeonbuk Hyundai Motors (Cənubi Koreya) - Pohang Steelers (Cənubi Koreya)
Ulsan Hyundai (Cənubi Koreya) - Wanfore Kofu (Yaponiya)
Shandong Taishan (Çin) - Kawasaki Frontale (Yaponiya)
Bangkok United (Tayland) - Yokohama F. Marinos (Yaponiya)
İlk oyunlar fevralın 12, 13 və 14-də baş tutacaq. Cavablar fevralın 19, 20 və 21-dir.