Fransa millisinin heyətində dünya çempionu olan Uqo Loris "Tottenhem"i tərk etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat əlumat yayıb. 37 yaşlı qolkiper hazırda MLS klubu "Los Angeles" ilə danışıqlar aparır. Loris bu mövsüm "Spurs"un heyətində bir dəfə də olsun meydana çıxmayıb və 11 ilini keçirdiyi London klubunu tərk edə bilər. Lorisin "Tottenhem"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest