“Qarabağ”ın qapıçısı Andrey Lunyov tezliklə komandasını dəyişə bilər. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin ölkəsinə qayıtmaq variantı yaranıb.

Çünki Rusiya Premyer Liqasının 2 klubu – “Rubin” və “Rostov” onun xidmətində maraqlıdı. Hər iki elita təmsilçisi Lunyovla sözləşmə imzalamağı nəzərdən keçirir.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest