Azərbaycanın U-21 millisinin futbolçusu Samet Karakoç Türkiyədə klubunu dəyişə bilər. 21 yaşlı müdafiəçinin mövsümün ikinci dövrəsindən etibarən Superliqada çıxış etməsi mümkündü. Sol cinah oyunçusu “Antalyaspor”un transfer gündəminə düşüb.

Azərbaycanın U-21 millisinin futbolçusu Samet Karakoç Türkiyədə klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin mövsümün ikinci dövrəsindən etibarən Superliqada çıxış etməsi mümkündü.

Belə ki, sol cinah oyunçusu “Antalyaspor”un transfer gündəminə düşüb. Müdafiənin cinahında problemlə üzləşən Antalya klubunun baş məşqçisi Nuri Şahin bunu məhz II Liqanın “Isparta 32 Spor” komandasında çıxış edən Karakoçla həll etmək istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, Samet Karakoç ötən ilin ilk 6 ayında ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub. Müdafiəçi U-21 yığmamızda 5 görüşdə iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest