Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı klub məşqçisini müəyyənləşdirib. Səsvermə nəticəsində “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola hamını qabaqlayıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı klub məşqçisini müəyyənləşdirib. Matc.az xəbər verir ki, səsvermə nəticəsində “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola hamını qabaqlayıb.
İspaniyalı mütəxəssis 281 səslə ilin ən yaxşı klub məşqçisi adına layiq görülüb.
1. Pep Qvardiola (“Mançester Siti”, İngiltərə) – 281 səs
2. Karlo Ançelotti (“Real”, İspaniya) - 56
3. Luçiano Spaletti (“Napoli”, İtaliya) - 53
4. Simone İnzagi (“İnter”, İtaliya) - 51
5. Fernando Diniz (“Fluminense”, Braziliya) - 33
6. Mikel Arteta (“Arsenal”, İngiltərə) - 30
7. Xaci (“Barselona”, İspaniya) - 26
8. Ange Postekoqlu (“Tottenhem”, İngiltərə) - 12
9. Umay Emeri (“Aston Villa”, İngiltərə) - 8
10. Yurgen Klopp (“Liverpul”, İngiltərə) - 6