İtaliya Futbol Federasiyası (FIGC) A Seriyası klubları üçün yeni lisenziya sistemi yaradıb. Matc.az xəbər verir ki, buna əsasən, Superliqa layihəsində iştirakdan imtina etməyən komandalar çempionata buraxılmayacaq.

2024-25 mövsümü üçün milli lisenziyalaşdırma sistemi yekdilliklə təsdiqlənib. Sənəddə klubların növbəti A Seriya yarışlarında iştirak üçün müraciət etməli olduqları tarix, həmçinin FİFA, UEFA və FIGC tərəfindən təşkil olunan yarışlardan başqa turnirlərdə iştirak etməmək öhdəliyi dəqiqləşdirilir. Əks halda klubların A Seriyasında iştirakına icazə verilməyəcək.

Qeyd edək ki, İtaliyada Superliqa haqda müsbət rəydə olan yeganə klub “Napoli”di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest