29 Dekabr 2023, 15:25
FUTBOL
Matc.az xəbər verir ki, "Mançester Siti"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva həmyerlisi Joao Feliksin "Atletiko"dakı dönəmi ilə bağlı fikirlərini bölüşüb.
“Feliks səhv yerə getdi. “Atletiko”ya getsəydim, eyni uğuru qazanardım? Ola bilsin ki, yox. Onun karyerası "Barselona”da çox uğurlu alınır. O, Kataloniya klubunda mütləq qalmalıdır".
Portuqaliyalı 2019-cu ildən "Atletiko"ya məxsusdur. "Matrasçılar"ın heyətində bütün turnirlər daxil 131 oyun keçirib və 34 qol vurub. "Barselona"da icarə karyerasında isə Feliks 20 oyun keçirərək 6 dəfə fərqlənib.