“Real”da baş məşqçi Karlo Ançelottinin taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, İspaniya klubu italiyalı mütəxəssislə yeni müqavilə imzalayıb.

Mövsümün sonunda Braziliya yığmasının sükanı arxasına keçməsi gözlənilən 64 yaşlı çalışdırıcı fərqli qərar verib. Belə ki, “kral klubu” onun sözləşməsini 2026-cı ilin yayına qədər uzatdığını açıqlayıb.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından “Real”ı çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest