29 Dekabr 2023, 17:02
FUTBOL
“Transfermarkt” portalı 2023-cü ildə ən çox dəyər itirən futbolçular haqqında məlumat dərc edib. Matc.az xəbər verir ki, ən çox dəyər itirən futbolçu iki nəfərdi.
Bunlar Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Sadio Mane və “Mançester Yunayted”in forvardı Antonidi (hər ikisi -40 milyon avro).
Sonrakı yerdə “mankunianlar”ın vingeri Ceydon Sanço (-35 milyon) qərarlaşır.