AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarla görüş keçirilib. Matc.az xəbər verir ki, 2024-25 mövsümündə iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən Premyer Liqa, I və II Liqa, o cümlədən, AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşlər olub.

Klubların lisenziyalaşdırma qaydaları müzakirə edilib. Klub nümayəndələri müvafiq sənədlərlə tanış olub.

Qeyd edək ki, oktyabr-dekabr aylarını əhatə edən belə təlimlərin 21-i Bakıda - AFFA-nın inzibati binasında, 13-ü isə regionlarda keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest