Daha bir futbolçunun adı “Neftçi” ilə birgə hallanır. Matc.az xəbər verir ki, bu barədə “KotaSport” nəşri məlumat yayıb.

Bildirilib ki, “ağ-qaralar” Bolqarıstanın “Lokomotiva” (Plovdiv) klubunun cinah müdafiəçisi Alfa Konteni almaq istəyir. Hətta bakılıların bu transfer üçün qarşı tərəfə 150 min avro ödəməyə hazır olduğu iddia olunub. Lakin Bolqarıstan klubu daha yüksək məbləğ əldə etmək niyyətindədi.

Syerra-Leone millisinin üzvünün klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest