29 Dekabr 2023, 18:20
FUTBOL
"Bornmut"un və Fil Dişi Sahilinin yarımmüdafiəçisi Hamed Traore səhhətindəki problemlərə görə Afrika Millətlər Kubokunu buraxacaq.
Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu malyariya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, hazırda evə buraxılıb. Lakin futbolçu müalicəsini davam etdirir və tibbi müayinədən keçir. Bu barədə "Bornmut"un baş məşqçisi Andoni İraola məlumat verib: “Son bir neçə həftə onun üçün çətin oldu. O, bir müddət buraxmalı olacaq”.
Qeyd edək ki, Traore ötən yay "Sassuolo"dan "Bornmut"a 26 milyon avroya alınıb.Bu mövsüm İngiltərə klubunda 6 oyun keçirib və 1 qol vurub.