“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov “Rubin”in futbolçu ilə maraqlanması xəbərinə münasibət bildirib.

Matc.az xəbər verir ki, agent Smirnov açıqlamasında deyib: “Rubin” və digər klubların marağı barədə heç nə bilmirik. Biri tüpürdü, qalanları götürdü. Bu o deməkdir ki, kimsə üçün faydalıdır. Lunyovun etibarlı müqaviləsi var. Hazırda “Qarabağ”ı tərk etmək ehtimalını şərh etmək sadəcə olaraq qeyri-etikdir”.

Qeyd edək ki, 32 yaşlı Lunyovun "Qarabağ"la müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest