29 Dekabr 2023, 21:54
FUTBOL
Səudiyyə Ərəbistanı futbol çempionatının yüksək divizionu (Pro-Liqa) əcnəbi oyunçularla bağlı mövcud limiti dəyişib.
Matc.az xəbər verir ki, bu barədə ölkənin Futbol Federasiyası məlumat yayıb. Növbəti mövsümdən etibarən 25 nəfərdən ibarət komandalar 10 əcnəbi futbolçunu siyahılarına daxil edə biləcəklər. Hazırda hər klubda 8-dən çox əcnəbi futbolçu ola bilməz. Üstəlik, hər 10 əcnəbi oyunçudan ikisinin yaşı 21-dən aşağı olmalıdır (2003-cü ildən yuxarı olmamalıdır). Səudiyyə klubları eyni vaxtda 8 əcnəbini meydana çıxara biləcək.
Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanının Pro Liqasına bahalı əcnəbi oyunçuların axını olub. Buna ötən ilin dekabrında portuqaliyalı Kristiano Ronaldonun “Əl-Nəsr”ə transferi səbəb olub.