Türkiyə Superkuboku uğrunda "Qalatasaray"la "Fənərbaxça" arasında oynanılmalı olan görüş ləğv edilib.

Matc.az xəbər verir ki, duel dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Hər şey Ər-Riyaddakı Kral Səud Universitetinin stadionunda keçirilməli olan matçın təşkilatçılarının Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün təsviri olan köynəklərlə futbolçuların meydana daxil olmasını qadağan etməsindən sonra başlayıb. Həmçinin səudiyyəlilər müəyyən şüarlar yazılmış pankartların asılmasına icazə verməyiblər. Bütün bu qadağalar futbolçuların hətta oteli tərk etməməsinə səbəb olub. “Qalatasaray” və “Fənərbaxça” təmsilçiləri stadionda olsalar da, bir müddət sonra arenanı tərk ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest