29 Dekabr 2023, 23:13
FUTBOL
"Tottenhem"in qapıçısı Uqo Loris karyerasını MLS klubu “Los Anceles”də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Artıq klublar 37 yaşlı futbolçunun transfer şərtlərini razılaşdırıb. Bu mövsüm Loris klubun heyətində bir dəfə də meydana çıxmayıb. Lorisin Amerika klubu ilə müqaviləsi daha bir il uzadılma ehtimalı ilə bir mövsüm davam edəcək.
Qeyd edək ki, Loris 2012-ci ildən "Tottenhem"də çıxış edir və klubda ümumilikdə 447 oyuna çıxıb.