“Sevilya”nın müdafiəçisi Serxio Ramosun başı bəladadı. Onun 2018-ci ildə dopinq testindən keçməkdən imtina etdiyi aşkarlanıb. Həmin vaxt “Real”ın formasını geyinən ulduz futbolçu La Liqa çərçivəsində “Malaqa” ilə qarşılaşmadan sonra dopinq testindən keçməli imiş.

“Sevilya”nın müdafiəçisi Serxio Ramosun başı bəladadı. Matc.az xəbər verir ki, onun 2018-ci ildə dopinq testindən keçməkdən imtina etdiyi aşkarlanıb.

Həmin vaxt “Real”ın formasını geyinən ulduz futbolçu La Liqa çərçivəsində “Malaqa” ilə qarşılaşmadan sonra dopinq testindən keçməli imiş. Lakin o, duş qəbul etməzdən əvvəl testlərdən yayınıb.

Halbuki qaydalara görə, idmançılar yarış bitəndən dərhal sonra testdən keçməlidi. Lakin dopinq nəzarəti bir nəfər tərəfindən keçirilib. Halbuki tələb orada iki nəfərin olmasıdı. Bu üzvün Ramos həmin vaxt cəzadan canını qurtara bilib.

Qeyd edək ki, Serxio Ramos bu ildən “Sevilya”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest